• $
  • €
  • ₽
  • ₺
  • £

“DəmirBank”ın əmanətçilərinə nə qədər ödəniləcək?

“DəmirBank”ın əmanətçilərinə nə qədər ödəniləcək?
26.12.2017 21:42
"DəmirBank”da kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln. manat təşkil edir, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası press reliz yayıb. 


Bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib: "Banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) hesabatlar rüblük əsasda təqdim edildiyindən ən son hesabat 30.09.2017-ci il tarixinə olub. Bu tarixə olan hesabata görə bankda 66 286 nəfər əmanətçinin 81,5 mln manat Fond tərəfindən kompensasiya olunan əmanəti olub. 22.12.2017-ci il tarixində bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı bankda ilkin qiymətləndirmə aparılıb. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln. manat təşkil edir. Qeyd edək ki, əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır. İlkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manat təşkil edir".


Məlumatda həmçinin qeyd olunub ki, "DəmirBank”ın kredit ödəyiciləri ödənişlərini bankın istənilən filialında, rəsmi internet səhifəsi üzərindən (www.demirbank.az), həmçinin "MilliÖN" ödəniş sistemi vasitəsi ilə həyata keçirə bilərlər: "Bankda aparılan işlər, həmçinin ƏSF tərəfindən ödəniləcək kompensasiyalarla bağlı daha ətraflı məlumatlar dekabrın 29-da keçiriləcək mətbuat konfransında açıqlanacaq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol