• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstəyi ilə keçirilən “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Nar”-ın dəstəyi ilə keçirilən “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı
27.12.2017 11:49
"Nar” tərəfindən dəstəklənən və Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən ənənəvi "Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 197 layihə nominant müəyyən edililib. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçilib.

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqə "Nar”, "AzEduNet”, "Ultra”, "Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzi və "Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən "Nar” bu il də ənənəvi olaraq "Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu.

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur.

"Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol