• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlik müavinəti ləğv edilib? - Nazirlikdən açıqlama

İşsizlik müavinəti ləğv edilib? - Nazirlikdən açıqlama
05.01.2018 13:52
"İşsizliyə görə müavinət” anlayışının "işsizlikdən sığorta” anlayışı ilə əvəzlənməsi bu ödəniş növünün ləğvi demək deyil.

AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev ayrı-ayrı mətbuat orqanlarında işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatlarla əlaqədar bildirib. 

Onun sözlərinə görə, bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. 

"Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan "İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib”. 

E.Babayev diqqətə çatdırıb ki, "İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarını ləğv etməsini işsizlik müavinətinin ləğv olunması kimi qəbul etmək düzgün deyil: "Burada məqsəd müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun təmin olunması, müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır. Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən sığorta anlayışı ilə əvəzlənməsi də bu təkmilləşdirmələrin əsas məqsədidir. Çünki "İşsizlikdən sığorta haqqında” Qanunda həmin Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub”. 

Şöbə müdiri əlavə edib ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edəcək. "İşsizlikdən sığorta haqqında” Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 37,6 faizi və ya 33,5 mln manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə bu məqsədə cəmi 17,5 mln. manat vəsait yönəldilmişdi: 

"Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol