• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yeni Napoleon hücumu planı

Azərbaycanın yeni Napoleon hücumu planı
05.01.2018 19:38
Azərbaycan çətin çıxarılan neft yataqlarının işlənməsi üzrə yeni planını gerçəkləşdirməyə başlayıb və "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının istismarına ikinci nəfəs verilməsi bunun başlanğıcı ola  bilər.

İstiPress-in məlumatına görə, yanvarın ilk günlərində yerli KİV-lərə məlumat verən Kanada şirkəti "Zenith Energy” bildirib ki, 2020-ci ilə qədər 44 quyunun əsaslı təmirini və bərpasını başa çatdıracaq.

Şirkətdən bildiriblər ki, hazırda beş quyu tamamilə fəaliyyətsizdir və bağlanıb, 39 quyu isə  çox aşağı səviyyədə - gün ərzində 5 barrel, yəni toplam 200 barreldən az məhsul verir. "Zenith Energy” daha çağdaş texnologiyalar tətbiq etməklə iki il ərzində hər buruqdan hasilatı 2-3 dəfə artıraraq 10-15 barrelə çıxarmalıdır - 2017-ci ildə 10 quyu təmir edilib,  2018-ci ildə 11 quyu, 2019-ci ildə 15 quyu , 2020-ci ildə isə 8 quyu bərpa ediləcək.

"Zenith Energy” yatağın işlənməsi üzrə sazişi 2016-cı ilin mart ayında imzalayıb. Həmin vaxt bu məsələyə məqalə həsr etmiş Rusiyanın "Nefteqaz” portalı bunu obarzlı şəkildə "Azərbaycanın yeni Napoleon hücumu planı” adlandırmışdı. Səbəb də aydındır - müxtəlif qiymətləndirilmələrə görə, 1971-ci ildə açılmış "Muradxanlı", 1984-cü ildə açılmış "Cəfərli" və 1981-ci ildə açılmış "Zərdab" yataqlar bloku Azərbaycanın Bakı - Abşeron yataqlar blokundan sonra ikinci ən böyük neftli sahəsi sayılır. Məsələn, 2000-ci illərdə yatağın işlənməsi ilə məşğul olan "Ramko” şirkəti blokda 4 milyard barrelə qədər neftin olduğunu bildirirdi. Amma göründüyü kimi hələ ki, yataqlarda böyük neft hasilatından söhbət getmir və yataqlar blokunda yerləşən ərazilərdə Ermənistanın işğal etdiyi ərazilərdən qaçmış məcburi köçkünlər yerləşdirilib.   

Lakin Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində nəzəri cəhətdən söylənən bu ehtiyatların böyük hissəsinin istismarının hələ rentabelli olmadığını bildirib:

"İndiki texnologiyaları nəzərə alaraq yataqda 100 milyon barrel neftin olduğunu demək olar. Bu da böyük rəqəmdir - 13 milyon ton neft deməkdir. Ümumiyyətlə, yatağın nefti ağır və çətin çıxarılandır, ona görə də indiyə kimi diqqətdən kənarda qalıb”.

İlham Şaban, bununla belə, yatağın  Kanada şirkətinə işlətməyə verilməsini müsbət addım sayır: "Yataqda olan 77 quyu əslində Dövlət Neft Şirkəti üçün əlavə yük idi. İşləməyən quyuların qorunması, onlara xidmət şirkətə zərər vurur, işləyənlərin isə xərci - borcunu ödəmir. Kanada şirkəti onları rentabelli duruma çıxarmalıdır. Əslində, "Zenith Energy”nin müqaviləsindən kənarda qalmış 33 quyu üçün də işlətməçi şirkət tapmağa ehtiyac var”.

Sirr deyil ki, yaxın gələcəkdə çətin çıxarılan neft yataqlarının əsas sahibləri - Kanada, Braziliya və ABŞ dünya üzrə neft hasilatı artımının liderləri sayılacaqlar. Bu ölkələrdə inkişaf etdirilən mütərəqqi texnologiyalar əvvəllər rentabelsiz sayılan yataqları istismar etməyə imkan verir.Təbii ki, ilkin mərhələdə yataqda işlərin fəallaşdırılmasının və hasilatın artırılmasının əhəmiyyəti regional miqyası əhatə edəcək. Açılan yeni iş yerləri, görülən abadlıq işləri və büdcəyə ödənilən vəsaitlər daha çox yataqların yerləşdiyi regionlara təsir edəcək. Amma "Muradxanlı” blokunun işə salınmasını Azərbaycanda üçüncü neft erasının - çətin çıxarılan yataqların istismarı erasının başlanğıcı ola bilər.

Bu texnologiyalar həm də Azərbaycanın Abşeron hazırda işlədilməsi rentabelsiz sayılan quru yataqlarının istismarının yenidən bərpasına imkan yarada bilər. Həmin yataqlarda isə nə az, nə də çox  - 3 milyard tona, yəni 18 milyard barrelə qədər neft olduğu güman edilir. Bunun üzərinə 4 milyard barrellik "Muradxanlı” bloku gələnirsə, yer altında Azərbaycan xalqına məxsus və indiki qiymətlərlə 1,5 trilyon dollarlıq sərvətin yatdığını anlamaq olur. Həmin sərvət çıxarılaraq sahibinə çatdırılmalıdır.  




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol