• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin 8 min adamı çox sevindirən sərəncamı

Prezidentin 8 min adamı çox sevindirən sərəncamı
10.01.2018 19:28
Xaçmaz rayonunun ən narahat, bərbad yollarından olan Çarxı-Qalağan yolunun bərpa və təmirinə başlanılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, ölkə başçısı İlham Əliyevin tikintisinə 10,1 milyon manat vəsait ayırdığı, bununla bağlı müvafiq sərəncam imzaladığı bu kənd yolu uzun illərdir bərbad vəziyyətdədir. 8 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin sakinləri yolsuzluqdan çox əziyyət çəkiblər, isti yay günlərində tozdan, qış aylarında isə zığ-palçıqdan bu yollarda yalnız yük maşınları qismən hərəkət edə bilib, yüngül nəqliyyat vasitələri isə yarı yoldaca iri çuxurlara düşərək nasaz vəziyyətdə qalıblar.

Uzunluğu 29 km olacaq bu yolun ən axırıncı kəndi - Xəzər dənizi sahilində yerləşən İlxıçı -Məmmədxanlı kəndindən artıq Azərbaycan Dövlət Yolları Agentliyi yenidənqurma işlərinə start verilib. Bu barədə İstiPress-in şimal bürosuna Xaçmaz icra başçısının Qalağan İƏD üzrə nümayəndəsi Vahidə Turabova məlumat verib.  Onun sözlərinə görə, yolun yenilənməsi bütün sakinlərin ürəyincə olub.

Azərbaycan Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlama verib ki, 4-cü texniki dərəcəli yol olacaq Çarxı -Məmmədxanlı yolunun 2 hərəkət zolaqlı olması nəzərdə tutulub. Yeni müasir avtomobil yoni lunun eni 10 metr olacaq. Burada qum-çınqıl və optimal-qırma qarışığından ibarət yeyolun əsasının inşası aparılacaq. Yolun 170 kvadratmetr hissəsində 2 qat asfalt-beton işləri də görüləcək.

Beləliklə, Xaçmazın illər boyu yolsuzluqdan əziyyət çəkən Çarxı, Qalağan, Xanlıqoba, Ərəb, Hacılar, Sayad və İlxıçı-Məmmədxanlı kəndlərinin sakinləri də mənzil başına müasir, abad yolla gedə biləcəklər. Azərbaycan Dövlət Yolları Agentliyinin tikinti briqadası yeli əhalinin bu arzusunu reallaşdırmaq üçün işləri sürətlə aparırlar. "Abad el yolundan bilinər”deyiblər. Dəniz qırağında yerləşən bu yaşayış məntəqələrini tezliklə abad görə biləcəyik.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol