• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər avtobus sürücüsü ola bilməyəcək

Bu şəxslər avtobus sürücüsü ola bilməyəcək
13.01.2018 10:15
Məhkumluq həyatı yaşamaları onların işdən uzaqlaşdırılmasına əsas vermir. Sadəcə, işə götürəndə həmin insanları araşdırmaq lazımdır. BNA-nın yaydığı məlumat o deməkdir ki, həmin 461 nəfərin hansı səbəblərdən məhkum olunduğu araşdırılacaq və qərar veriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov BNA-nın 461 avtobus sürücüsünün əvvəllər məhkumluq həyatı yaşayan şəxslər olması ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib. O bildirib ki, məhkumluq həyatı yaşayan bütün şəxsləri bu peşədən uzaqlaşdırmağa ehtiyac yoxdur. Onların törətdiyi cinayətin növündən asılı olaraq işdən uzaqlaşdırılması ilə bağlı qərar verilə bilər:

"Azərbaycanda hər il bir neçə min adamın məhkumluğu olur. Hazırda ölkəmizdə əvvəllər məhkumluq həyatı yaşamış minlərlə adam bir sıra əhəmiyyətli vəzifələrdə çalışır. Bu barədə xüsusi proqram var ki, məhkumluq həyatı yaşamış insanları cəmiyyətə adaptasiya etmək lazımdır. Törətdiyi əmələ görə həbs olunsalar da, cəzalarını çəkiblər və əməllərindən peşmandırlar.

Hüquqi baxımdan şəxsin məhkumluğunun olması onun sürücü ola bilməyəcəyi mənasına gəlmir. Belə bir qayda yoxdur. Yalnız şəxs ağır yol nəqliyyat hadisəsi törədib sürücülük hüququndan məhrum edildiyi faktı aşkarlanırsa, o avtobus sürücüsü ola bilməz”.

Ekspertin sözlərinə görə, əvvəllər həbs olunan sürücülərə yanaşma 3 cür ola bilər:

"Ola bilsin, 461 nəfərin içərisində elə adamlar var ki, sürücü olmağı məqsədə uyğun deyil. Bu qrupa keçmişdə ağır yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində məhkumluq həyatı yaşayan, ağır cinayət törətmiş və narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər daxildir. Çünki avtobus sürücülüyü ictimai xarakterli işlərdən sayılır. Bu şəxsləri avtobus sürücüsü kimi fəaliyyət göstərə bilməsə də, başqa işlərə yönləndirmək olar. İkinci qrupa 10-15 il əvvəl oğurluğa görə məhkum olunan şəxsləri aid etmək olar. Onlar cinayət törətsələr də, cəzasını çəkib, dərsini alıbsa, xüsusi nəzarət altında işləməyinə icazə verilə bilər. Belə şəxsləri avtobus sürücüsü kimi işlətmək təhlükəli deyil. Üçüncü qrup isə əvvəllər banklara olan borcuna görə məhkumluğu olan şəxslər ola bilər. Çünki onlar məhkum olunduğu əmələ görə təhlükəli hesab edilmir və nəzarət etməyə də ehtiyac yoxdur.

Bütün hallarda sürücünü işə götürən şəxs həmin yoxlamaları aparmalı idi. BNA-nın kimisə işə götürmək və ya işdən çıxarmaq kimi səlahiyyəti yoxdur. Bu səlahiyyət daşıyıcı şirkətlərə aiddir”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov 3008 avtobus sürücüsündən 461-nin məhkumluq həyatı yaşadığını deyib. O, bu məsələ ilə əlaqədar daşıyıcılarla birgə araşdırma aparılacağını və məhkumluğun növünə görə yekun qərar qəbul ediləcəyini bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol