• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club-un ekspert şurasının iclası keçirilib

Caspian European Club-un ekspert şurasının iclası keçirilib
17.01.2018 18:10
Bu gün (17.01.2018) Caspian European Club-un ekspert şurasının qapalı iclası təşkil edilib.

Toplantıda çıxış baş icraçı direktoru Mustafa Abbasbəyli Caspian European Club-un şirkətləri ilə dialoqa açıq və hazır olmasına görə yeni təyin olunmuş Azərbaycanın vergilər naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib. "Nazir hər zaman bizimlə təmasdadır, Klub üzvlərinin xahiş və təkliflərinə operativ şəkildə reaksiya göstərir”, - deyə o söyləyib.

Mustafa Abbasbəyli qeyd edib ki, sözügedən tədbirin təşkilində məqsəd müvafiq qurumlara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələrinə dair təkliflər paketinin və onların həlli yollarının müzakirəsi və təsdiqidir. Onun sözlərinə görə, Caspian European Club 2018-ci ildə bir sıra tədbirlər təşkil etməyi planlaşdırır. Onlardan biri fevralın 28-də keçiriləcək Caspian Energy Finance Forum-dur. Caspian Energy Finance Forum-da Azərbaycanın maliyyə, bank və sığorta sektorlarında çalışan dövlət rəsmilərinin iştirakı gözlənilir.

Mustafa Abbasbəyli xatırladıb ki, Caspian European Club-un ekspert şurası beynəlxalq təcrübəyə əsaslanaraq Klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafına və tənzimləyici orqanlar tərəfindən özəl sektorun fəaliyyətinə edilən müdaxilələrin minimuma endirilməsinə dair təkliflər hazırlayıb.

Klubun təkliflərinin böyük hissəsinin qəbul olunduğunu qeyd edən baş icraçı direktor Caspian European Club-un ekspert şurasının fəaliyyətinin səmərəliliyini vurğulayıb.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol