• $
  • €
  • ₽
  • ₺
  • £

Dördüncü CEO Lunch Tbilisi-yə qeydiyyat başlayıb

Dördüncü CEO Lunch Tbilisi-yə qeydiyyat başlayıb
22.01.2018 16:54
"Fevralın 23-də Gürcüstanda keçiriləcək 4-cü CEO Lunch Tbilisi-yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev bildirib.

Telman Əliyev qeyd edib ki, Caspian European Club və Caspian American Club-un üzv şirkətlərlərin rəhbərləri arasında keçirilmiş sorğuya əsasən respondentlərin əksər hissəsi Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladzeni fəxri qonaq qismində dəvət etməyi təklif edib. "Caspian European Club öz növbəsində K.Kaladzenin adına 4-cü CEO Lunch Tbilisi-də iştirak etmək xahişi ilə rəsmi məktub ünvanlayıb”, - deyə o davam edib.

Telman Əliyev fərdi şəkildə CEO Lunch Tbilisi-nin bütün tədbirlər zamanı CEO Lunch Tbilisi-də iştirak edən şirkət rəhbərləri və top-menecerlər ilə fərdi şəkildə söhbət edən, problemləri ilə maraqlanan və onların Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli iqtisadi və işgüzar əlaqələrin nizamlanması üzrə təkliflərini dinləyən Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O həmçinin xatırladıb ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə birinci CEO Lunch Tbilisi Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində sentyabrın 29-da Gürcüstanda keçirilib. CEO Lunch Tbilisi-yə qeydiyyat http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/162-ceo-lunch-tbilisi-23-02-2018 linki üzrə fevralın 22-dək davam edəcək.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun nizamlanmasında aparıcı rol oynayan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol