• $
  • €
  • ₽
  • ₺
  • £

"Palmali"dən çox sərt bəyanat - “Bu da yalan çıxdı”

"Palmali"dən çox sərt bəyanat - “Bu da yalan çıxdı”
23.01.2018 10:33
Bəzi mətbu orqanların Danimarkanın Kalundborq limanında "Palmali” Şirkətlər Qrupuna məxsus "Ağsu” tankerinin güya həbs edilməsinə dair xəbərlərə artıq bu ölkənin səlahiyyətli qurumundan da münasibət bildirilib.

DDA-nın Gəmi Sorğuları, Sertifikatlaşma və Heyətin Komplektləşməsi üzrə direktoru Martin Con sorğuya cavab olaraq qeyd edib ki, "Ağsu” tankeri Paris Memorandumu çərçivəsində nəzərdə tutulmuş Liman Dövlət Nəzarəti (Port State Control) inspeksiyasından keçir. Yazılanlarla tanış olan qurum rəsmisi gəminin həbsi barədə yazılanları həqiqətə uyğun olmadığını da təsdiq edib.

"Palmali”dən verilən açıqlamada bir məqam xüsusilə vurğulanır: "Təəssüf ki, belə əsassız məlumatların yayılması artıq mənfi ənənə halını alıb. Daha əvvəl güya Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən "Palmali”nin yoxlanıldığına dair absurd məlumatlar yayılmışdır. Lakin rəsmi sorğumuza əsasən, bu şaiyələr də FTX-nin İctimai Əlaqələr Mərkəzinin direktoru O.K.Matveyev tərəfindən təkzib edilib.

"Palmali” onu da bildirib ki, "davamlı şirkətimizlə bağlı əsassız, heç bir fakta söykənməyən iftiralar "istehsal” edənlər indi də vergi ilə bağlı yalan yayırlar. Bir daha bildiririk ki, "Palmali” şəffaf fəaliyyət göstərir və hər hansısa məsələ olarsa, bu barədə ilk məlumatı bizdən duyacaqsınız”.

"Palmali” Şirkətlər Qrupu mətbuat orqanlarını bu tipli xəbərləri yaymazdan əvvəl məlumatlı və səlahiyyətli mənbələrdən təfərrüatları öyrənməyi, həmçinin dəqiq məlumat üçün şirkətimizə müraciət etməyi tövsiyə edir. Əks halda təktərəfli və qərəzli xəbər yayanlara qarşı bu günə qədər olduğu kimi dözümlü olmayacaqdır”.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol