• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük rüsumu 200 dəfə qalxdı, nə dəyişəcək?

Gömrük rüsumu 200 dəfə qalxdı, nə dəyişəcək?
23.01.2018 11:27
Ötən gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsinin 1 ton üçün 1 manatdan 200 manata qaldırılması insanlar arasında benzinin qiymətinin qalxıb qalxmayacağı ilə bağlı suallar yaradıb.

"Qafqazinfo” məsələ ilə bağlı iqtisadçıların fikrini öyrənib.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi: "Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək. Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib.

Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”.

Digər iqtisadçı Natiq Cəfərli isə "Qafqazinfo”ya bildirib ki, bu qərar "Aİ-95" adlanan premium  və super markalı benzinin qiymətinə təsir göstərəcək: "Həmin benzinlərin qiyməti çox yüksəkdir. Keçən ildən bildirildi ki, bu sahədə qiymətlər artacaq. Çünki bu bazarda rəqabət yoxdur. Dövlət iki il bundan öncə premium və super markalı benzin bazarından çəkildiyini elan etdi.  Bu sahədə tamamilə bazar qaydalarının işləyəcəyini və xaricdən istənilən şirkətin bu növ benzinləri gətirə biləcəyini bəyan etsə də bazarda başqa oyunçular yaranmadı. SOCAR-ın törəmə şirkətləri bu işlə məşğul oldu. Aksiz vergilərinin artırılması da buna təsir edəcək. Bu artım 5-15 faiz  arasında qiymətlərə təsir edə bilər. 

Bunun "Aİ-92”  markalı benzinə aidiyyatı yoxdur. Çünki həmin benzin yerli istehsaldır. Yerli istehsallı məhsullara aksiz dərəcəsi şamil olunmur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol