• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat su israfçılığından şikayətləndi

Deputat su israfçılığından şikayətləndi
26.01.2018 15:42
Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da ilk iclası keçirilib.

Anews.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin beş iclası olub, 17 məsələ, o cümlədən, 13 qanun layihə müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövründə vətəndaşlardan komitəyə 70 şikayət, ərizə və müraciət daxil olub və onlardan bir çoxu həllini tapması üçün aidiyyəti qurumlara göndərilib.

Komitə sədri bildirib ki, 2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir:

"Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur”.

E. İbrahimov iclasın gündəliyinə salınan "Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada "pullu” sözünün "ödənişli” sözü ilə əvəzlənməsi təklif olunur.

Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev də çıxışında məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq:

"Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır. Sudan bəzən başqa sahələr və məqsədlər üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”. 

Komitənin üzvü Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da mühüm önəm daşıdığını bildirib:

"Bəzi ölkələrdə sığorta sektoru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib. Bu baxımdan, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunun üçün də ilk növbədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol