• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni sistemə qoşulur - DGK sədri

Azərbaycan yeni sistemə qoşulur - DGK sədri
30.01.2018 13:44
Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən NCTS-ə (The New Computerised Transit System - Yeni Komputerləşdirilmiş Tranzit Sistemləri) qoşulmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu sistemə qoşulmaq üçün ilk öncə iki konvensiyaya qoşulmaq lazımdır: "Artıq ötən ilin dekabrından biz müşahidəçi statusunda bu sistemə qəbul edilmişik. Bu gün və sabah bizim xüsusi nümayəndəmiz xüsusi iclasda iştirak edəcək".

DGK sədri həmçinin deyib ki, bu il Azərbaycanda gömrük sahəsində daha bir beynəlxalq tədbir keçiriləcək: "Səlahiyyətli İqtisadi Operator Assosiasiyasının asambleyası may ayında Bakıda keçiriləcək. Burada dünyada tanınmış bir sıra loqistika şirkətləri iştirak edəcək".

A.Əliyev ötən gün sahibkarlarla keçirilən görüşdə iş adamlarının qaldırdığı məsələlərlə bağlı da məlumat verib: "Dünən sahibkarların səsləndirdikləri təkliflərin 90-95%-i gömrük orqanlarının səlahiyyətinə aid olmayan məsələlərdir. Məsələlərdən biri də sertifikatın olmaması səbəbindən maşının saxlanması ilə bağlıdır. Bu məsələni də dəqiqləşdirdik, bu tamamilə başqa bir hal idi. Şirkətin saxlancında aylar öncədən rəsmiləşdirilməmiş başqa bir yük olub. Təklif etmişdik ki, öncə həmin yük rəsmiləşdirilsin, daha sonra gəlib bu yükü götürsünlər".

Xatırladaq ki, ötən gün hökumət rəsmiləri sahibkarlarla görüşüb. Görüşdə Tovuz-Baltika MMC-nin baş direktoru Naib Məmmədhəsənov yüklərin saxlanması ilə bağlı narazılığını bildirb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol