• $
  • €
  • ₽
  • ₺
  • £

“Moody's” Azərbaycanla bağlı proqnozlarını açıqladı

“Moody's” Azərbaycanla bağlı proqnozlarını açıqladı
30.01.2018 16:14
Neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan iqtisadiyyatının yumşaq artımını təmin edir. Ortamüddətli perespektivdə neftin qiyməti 40-60 dollar arasında dəyişəcək. 

Anews.az xəbər verir ki, bu barədə "Moody's” Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.

Qeyd edilir ki, neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrin ticarət şərtlərinə müsbət təsir göstərir. Lakin bu ölkələr neftin qiymətinin hazırkı səviyyəsində 2014-cü ilə qədər olan iqtisadi artım tempinə geri dönə bilməyəcək. 

"Moody's” bildirir ki, 2018-ci il üçün MDB ölkələrinin müstəqil kredit qabiliyyətliliyi proqnozu sabit olsa da, region, ümumiyyətlə, mənfi şoklara qarşı həssasdır. Maliyyələşmə ilə bağlı vəziyyətin anidən dəyişməsi bir çox MDB ölkəsi üçün ağır nəticələnəcək.

Belə ki, onların bir çoxunda yüksək dövlət borcu, müddəti yaxınlaşan faiz ödənişləri üçün aşağı səviyyədə ehtiyat ayırmaları, borcların əsas hissəsinin xarici valyutada olması və bank sistemində yüksək dollarlaşma problemi mövcuddur.

Agentlik  MDB ölkələrində dövlət borcunun ÜDM-də xüsusi çəkisinin 2013-cü ildəki 32%-dən 2018-ci ildə 55%-ə yüksələcəyini proqnozlaşdırır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol