• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstana qaz ixracını artıracaq

SOCAR Gürcüstana qaz ixracını artıracaq
31.01.2018 17:00
Gürcüstan 2018-ci ildə Azərbaycandan təbii qaz idxalını 2,679 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə "SOCAR Energy Georgia” (SOCAR-ın Gürcüstandakı törəmə şirkəti) rəhbəri Mahir Məmmədov açıqlama verib.

O bildirib ki, 2017-ci ildə Azərbaycandan Gürcüstana 2.2 milyard kubmetr təbii qaz ixrac olunub.

"Azərbaycan qazı Gürcüstana iki boru xətti ilə nəql olunur: Cənubi Qafqaz və Bakı-Qazıməmməd-Qazax qaz kəmərləri ilə. Gürcüstanın 2018-ci ilə olan təbii qaz balansında Rusiya mənşəli qaz yoxdur, bu həcmlər Azərbaycanın təbii qazı ilə əvəzlənəcək.

Gürcüstan qaz nəqli şirkəti və "Qazprom” Rusiya qazının Gürcüstan ərazisinə tranziti ilə bağlı hesablaşma şərtlərini dəyişdiyindən 2018-ci ildən etibarən "Qazprom” öz qazının Gürcüstan ərazisindən nəql olunmasına görə elə qazla hesablaşmayacaq, "Qazprom” artıq tranzit xidmətlərinə görə ödəniş etməli olacaq.

Nəticə etibarilə, Gürcüstanın 2018-ci ilə olan təsdiq olunmuş qaz balansında Rusiya mənşəli qaz mövcud deyil. Bu həcmlərin yerini  Azərbaycandan idxal olunan  təbii qaz dolduracaq. Faktiki qaz istehlakı hava şəraiti və elektrik enerjisi stansiyalarının iş rejimindən asılı olaraq dəyişə bilər”, – deyə şirkət rəhbəri bildirib.

Qeyd edək ki, Gürcüstanın 2018-ci ilə olan təbii qaz balansına əsasən, 2018-ci ildə qaz tələbatı  2,689 milyardan kubmetrdən çox olacaq. 2,679 milyard kubmetr qazı (ümumi həcmin 99.65 faizi) Gürcüstan Azərbaycandan almağı planlaşdırır; 1,866 milyard kubmetr SOCAR-dan və 813 milyon kubmetr qaz isə "Şahdəniz” yatağının işlənilməsi müqaviləsi çərçivəsində hasilatdan əldə olunacaq.

Yerdə qalan hissə yerli hasilatın payına düşəcək (9,41 milyon kubmetr).

SOCAR şirkəti Azərbaycan yataqlarından hasil olan təbii qazı xarici şirkətlərin vasitəçiliyi olmadan, öz vəsaitləri hesabına Gürcüstana ixrac edir. Bundan başqa, Gürcüstan hər il Azərbaycandan SOCAR və digər xarici şirkətlərin birgə iştirakı ilə "Şahdəniz” yatağından hasil olunan qaz əldə edir.

SOCAR 2016-cı ildə Gürcüstana 1,32 milyard kubmetr qaz ixrac edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol