• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bankların bağlanma təhlükəsi var – Siyahı

Bu bankların bağlanma təhlükəsi var – Siyahı
02.02.2018 15:57
Bank sektorunun ən aktual mövzularından biri də bankların məcmu kapitalının 50 milyon manat olmasıdır.
 
Mərkəzi Bankının İdarə Heyəti hələ 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalını 50 milyon manatadək artırılması ilə bağlı tələb irəli sürmüşdü. Mərkəzi Bank 2013-cü ilin sonuna qədər ölkədəki banklara məcmu kapitalını 50 milyon manata qədər artırmaq üçün vaxt vermişdi. Daha sonra qoyulan vaxt 2015-ci ilin yanvarın 1-nə qədər uzadıldı.

Axar.az xəbər verir ki, Mərkəzi Bankın bu qərarında əsas məqsədi daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankların öz maliyyə dayanıqlığını təmin etməsi, bankların ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcək mümkün zərərlərdən qorunması və əmanətçilərin və investorların bank sisteminə etimadını artırmasıdır.

İqtisadçılar hesab edir ki, Mərkəzi Bankın məcmu kapitalla bağlı banklara qoyduğu vaxt 2015-ci ildə bitsə də, banklara güzəşt məqsədilə həmin vaxt qeyri-müəyyən vaxta qədər uzadılıb. Lakin vaxtın hansı günə qədər uzadıldığı məlum olmasa da, Mərkəzi Bankın güzəşt limitinin də sonsuz olmadığı bəllidir.

2017-ci ilin nəticələrinə görə, nizamnamə kapitalını 50 milyon manata qaldıra bilməyən banklar bunlardır:

NBC Bank - 45 065

Günay Bank - 43 529

Ziraat Bank - 40 117

Bank Avrasiya - 37 699

Bank Melli İran - 36 587

Pakistan milli bankı - 10 213

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol