• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: TANAP-ın qazla doldurulması başlayıb

SOCAR: TANAP-ın qazla doldurulması başlayıb
02.02.2018 19:16
"Cənub Qaz Dəhlizi” layihəsi planlaşdırıldığı kimi bu ilin yayında işə düşəcək, Transanadolu boru kəmərinin (TANAP) Türkiyədə təbii qazla doldurulması prosesi isə bir neçə gün əvvəl başlayıb.

Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Vyanada Avropa qaz konfransında çıxışı zamanı deyib.

V.Bəylərbəyov qeyd edib ki, TANAP üzrə işlərin 91 faizdən çoxu, Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlərin 65 faizi başa çatıb: "Biz qürurla deyə bilərik ki, "Cənub Qaz Dəhlizi” 2018-ci ildə açılacaq və yayda qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatacaq”.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycan qazının bu il Gürcüstan və Türkiyəyə ilk tədarükündən sonra TANAP Türkiyəyə tədarükü 2020-ci ilədək müqavilədə qeyd edilən illik 6 milyard kubmetr həcminə çatdıracaq: "TAP Yunanıstana ilk qazı 2020-ci ildə tədarük edəcək və bundan sonra tədarükü ildə 10 milyard kubmetrədək artırmağa başlayacaq. Tədarükün təmin olunması üçün "Şahdəniz-2” layihəsi çərçivəsində istehsal gölənildiyi 2024-25-ci ilədək, bəlkə də daha tez 16 milyard kubmetr həddinə çatacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol