• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov pensiyaçılara güzəştə getdi

Vasif Talıbov pensiyaçılara güzəştə getdi
06.02.2018 10:18
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2017-ci il 30 dekabr tarixdə keçirilmiş yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən pensiyaçıların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə aidiyyəti işlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.

AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında qeyd olunub. 

Bildirilib ki, həmin tapşırığın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə "Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanıb. Bundan sonra kənd yerlərində yaşayan pensiyaçıların istəklərinə əsasən onlar öz pensiyalarını rayon mərkəzlərinə getmədən, əlavə vaxt itirmədən və vəsait sərf etmədən həmin yaşayış məntəqələrindəki poçt bölmələrindən ala bilərlər. 

Bunun üçün kənd yerlərində yaşayan pensiyaçılar istədikləri halda Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və "Naxçıvanpoçt” MMC-nin yerli poçt bölmələrinə müraciət edə bilərlər. Sığorta-pensiya sistemində həyata keçirilən tədbirlər çərçivəsində pensiyaların ödənilməsində mütərəqqi forma və metodların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu gün pensiyaların həm plastik kartlarla, həm də poçt şöbələri vasitəsilə ödənilməsi xidmət səviyyəsinin daha da yüksəldilməsinə və kənd yaşayış məntəqələrinin sakinləri olan pensiyaçıların rahatlığının təmin olunmasına hesablanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol