• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillər üçün xüsusi iş yerləri yaradıla bilər

Əlillər üçün xüsusi iş yerləri yaradıla bilər
07.02.2018 14:44
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin bu gün keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib.
 
AzVision.az-ın məlumatına görə, deputat yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır. 

O, bununla bağlı təkliflərini irəli sürüb: "1992-ci ildə qəbul olunan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik. Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən 20-ni I qrup əlillər üçün ayırsınlar".

Deputat Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: "Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır. Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə deyib ki, kvotanın ayrılması məsələsi qanunvericilikdə əksini tapıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol