• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirilib

Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirilib
02.03.2018 10:08
Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində 27 fevral – 2 mart tarixləri arasında karyera günləri təşkil olunub. Layihənin açılış mərasimində Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova da iştirak edib.

"İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə məlumatlar əldə ediblər. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndələri tələbə və məzunlara təqdimatlar keçirib, məşğulluq bazarı barədə gənclərdə təsəvvür yaradıb və karyerada uğur qazanma ilə bağlı məsləhətlər veriblər.

"Bu gün iş bazarında ən fəal işəgötürən olan Kapital Bank karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, biz bir tərəfdən, potensiallı kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edir, digər tərəfdən isə, öz korporativ sosial məsuliyyətimizi yerinə yetiririk”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol