Bakıdan Naxçıvana aviareyslər artırıldı - Səbəb

Azərbaycan Hava Yolları QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu Report-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq.
"Bununla yanaşı, bütün istiqamətlərdə çarter reyslərinin təşkili, təyyarələrin daha böyükləri ilə əvəzlənməsi mümkündür", - o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















