• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sürüşmə sahələrində yenə aktivlik var

Bu sürüşmə sahələrində yenə aktivlik var
12.03.2018 12:45
Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Hazırda ərazidə aktivləşmənin müşahidə edilmədiyini söyləyən R.Həsənov qeyd edib ki, ərazidəki torpaq qatında quraşdırılmış mayaklarda da çatların parametrlərinin böyüməsini və yeni çatların əmələ gəlməsini göstərən hər hansı dəyişiklik qeydə alınmayıb:

"Teleqüllənin yaxınlığındakı çatı biz ötən ilin iyul ayında aşkarlamışdıq. Ondan sonra nə qədər yağış yağsa da, ərazidə aktivləşmə müşahidə edilməmişdi. Amma zaman-zaman torpağın alt qatındakı süxurlar yuyulmuşdu. Buna görə də son günlərdəki yağışların sürüşmə sahəsinin aktivləşməsinə təsiri çox az ola bilər”.

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol