• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “yol xəritəsi” imzalanacaq – Çavuşoğlu

Bakıda “yol xəritəsi” imzalanacaq – Çavuşoğlu
15.03.2018 15:00
Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq.

APA-nın məlumatına görə, bunu Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, dördlük formatı əsasən Azərbaycan və Türkiyənin bu bölgədə oynadığı rolun göstəricisidir: "İlk toplantı ilə bağlı "yol xəritəsi" üzərində çalışmışıq. Orada nəqliyyat, enerji, iqtisadiyyat, ticarət və gömrüklə bağlı məsələlər, regional əməkdaşlıq, bir sözlə, siyasi və iqtisadi məsələlər yer alıb. Bu, gələcəklə bağlı "yol xəritəsi"dir. Gələcəkdə dörd ölkə bu istiqamətlərdə ortaq addımlar atacaq".

Nazir qeyd edib ki, İran da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyir: "Eyni zamanda, enerji sahəsində əməkdaşlıq hədəfləri var. "Yol xəritəsi"ndə Azərbaycan, Türkiyə, İran və Gürcüstanı maraqlandıran məsələlər əksini tapıb. Dörd ölkənin Xarici İşlər nazirliklərinin əməkdaşları "Yol xəritəsi" üzərində çalışıb, biz nazirlər də bunu dəyərləndirərək son nəticədə imzalayacağıq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol