• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu saytlara girən “cərimələnir”

Azərbaycanda bu saytlara girən “cərimələnir”
28.03.2018 11:08
Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. "Qafqazinfo” xəbər  verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub. 

"Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, təmsil etdiyi qurum tərəfindən sözügedən mesaj heç bir abunəçinin mobil telefonuna göndərilməyib: "Bu, Nazirlik  adına yayılan böhtandır. Kim belə bir məsələ ilə qarşılaşıbsa "102” xidmətinə və ya aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Məsələ araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.

Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev faktla  bağlı "Qafqazinfo”ya bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə tənzimlənir: "İnzibati həbs tənbeh növündə  3 ay müddətinə qədər həbs tətbiq edilir. Yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamaya görə 160 saatdan 240  saatadək ictimai işlər və ya işin hallarına görə xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla  bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda 3 ay müddətədək inzibati həbs tətbiq edilir.  Bu  Məcəllənin 227- ci maddəsinin həmin maddədə göstərilən əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol