Tibbi sığortalarla bağlı DƏYİŞİKLİK

Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.
Anews.az APA-ya istinadən xəbər verir ki, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək.
Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq.
Qeyd edək ki, hazırki qanuna görə yuxarıda qeyd olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























