Qəza aradan qaldırılıb - “Azərsu” rəsmisi

Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş verən qəza aradan qaldırılıb.
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a bildirib ki, ərazidəki xətlərdən biri ilə suyun verilişi təmin edilib.
"Dünən gecə ikinci xəttin qəza baş verən yerlərində aparılan təmir işləri başa çatıb. Artıq həmin xətt rejimə qoşulub, su ilə doldurulmasına başlanılıb. Xətti birdən-birə təzyiq altına yükləmirik, hissə-hissə ora su veririk. Dünən Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsi ilə bağlı problemlər var idi, artıq bu problemlər hissə-hissə həll olunur”.
Qeyd edə ki, aprelin 2-dən 3-nə keçən gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindən keçən magistral su xəttində baş verən qəza nəticəsində 30-dan çox ev su altında qalmışdı.
www.anews.az
























