• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin seçki vəsaiti nə qədərdir? – Rəsmi

İlham Əliyevin seçki vəsaiti nə qədərdir? – Rəsmi
04.04.2018 15:27
Azərbaycanda bütün prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları (İkinci ilkin maliyyə hesabatı) açıqlanıb.

Report xəbər verir ki, prezidentliyə namizəd Zahid Orucun ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin xüsusi vəsaiti 9 900 manat olub, bu məbləğdən də seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsi üçün 2 200 manat istifadə edilib.

Prezidentliyə namizəd Araz Əlizadənin isə vəsaiti 8 800 olub, məbləğin hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsinə sərf edilib.

Namizəd Qüdrət Həsənquliyevin seçki fonduna fiziki şəxslərdən 25 min manat daxil olub. Bu vəsaitin hamısı seçici imzalarının toplanılmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə imzaların toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərclənib.

Qeydə alınmış namizəd Razi Nurullayevin 1716 manat pul vəsaiti olub, bu pul da təşviqat kampaniyasına sərf olunub.

Prezidentliyə namizəd Sərdar Məmmədovun (Cəlaloğlu) vəsaiti 2 343 olub. Bunun da hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsinə xərclənib.

Digər namizədlər - Hafiz Hacıyevin, Fərəc Quliyevin ikinci ilkin maliyyə hesabatı boş təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl İlham Əliyevin ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Hesabata əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol