• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya yoltəmizləyən maşınlar gətiriləcək

Bakıya yoltəmizləyən maşınlar gətiriləcək
06.04.2018 21:18
Bakıya yoltəmizləyən maşınların gətirilməsi təklif olunur.

Anews.az xəbər Milli Məclisin deputatı Aydın Mirzəzadə "Report”a açıqlamasında bildirib ki, Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollarda təmizlik işləri üçün canlı qüvvədən istifadə etmək olmaz. Bu işin çox təhlükəli olduğuna diqqət çəkən deputat qeyd edib ki, süpürgəçilər üçün xüsusi geyimlər verilsə belə, həmin yollarda yalnız texnika işləməlidir: "Avtomobillə həmin yollardan keçərkən kənarda təmizlik işləri aparan qadınları görəndə həyəcan hissi keçirirəm. Bir nəfərin itkisi belə bizim üçün çox ağırdır. Çünki o da kiminsə anası və həyat yoldaşıdır. Bu baxımdan yollarda ancaq texnikanın istifadə edilməsini məqbul hesab edirəm”.

A.Mirzəzadə əlavə edib ki, Milli Məclisdə cəmiyyətdə baş verən sosial problemlər qaldırılır: "Adıçəkilən məsələ də parlamentdə bir neçə dəfə səsləndirilib. Təbii ki, hər zaman bu problem gündəmdə qalmalıdır. Lakin, ilk növbədə, məsələnin həlli ilə məşğul olan təşkilatlar mövcud çıxış yolları axtarıb tapmalıdır. Bir sözlə, hərəkət edən maşınla süpürgəçinin təması mümkünsüz olmalıdır. Süpürgəçilər üçün verilən xüsusi jiletlər müəyyən bir çıxış yoludur. Lakin hərəkətdə olan avtomobillə yolda, yol qırağında olan insanın toqquşması ehtimalı çox yüksəkdir”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol