• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell III Buktreyler Festivalına dəstək verir

Azercell III Buktreyler Festivalına dəstək verir
09.04.2018 15:50
Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verib.
 
Şirkət AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının!” sloqanlı Buktreyler Festivalının tərəfdaşı qismində iştirak edir. Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, maarriflənmənin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, eləcə də kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak etmək imkanı qazanırlar.

Hazırda işlərin qəbulu başa çatıb. Mükafatlandırma mərasimi mayın əvvəllərində, "Beynəlxalq Kitab Günü” ərəfəsində baş tutacaq müsabiqədə 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Müsabiqəyə təqdim olunmuş booktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verəcək.

Məlumat üçün bildirək ki, mütaliənin inkişafı üçün Azercell hələ 2015-ci ildə ölkəmizdə alternativi olmayan Bookmate layihəsini təqdim edib. Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır.

Azercell Telekom bundan sonra da gənclər arasında kitab oxumaq mədəniyyətinin inkişafına yönəlik sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol