• $
  • €
  • ₽
  • ₺
  • £

“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər

“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
12.04.2018 12:31
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün "Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir.

Tətil və məzuniyyətlərini xüsusi tərzdə fərqli bir məkanda keçirmək istəyən Bakcell abunəçiləri dünyanın hər yerində "Rixos” otellərindən böyük endirimlər əldə edə biləcəklər.

Xüsusi kampaniyanın şərtlərinə əsasən, Bakcell "Ulduzum” istifadəçiləri Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Rusiya, İsveçrə və Qazaxıstanda yerləşən "Rixos” və "Kingdom – The Land of Legends” otellərində və "Club Prive by Rixos” villalarında 20% endirimdən yararlanacaqlar. Bundan əlavə, istifadəçilər həmin otellərdə digər imtiyazlardan yararlanmaq imkanını qazanacaqlar.

Endirimlərdən yararlanmaq üçün müvafiq məkanı seçib "RIXOS” sözünü SMS vasitəsilə 5555 nömrəsinə göndərmək kifayətdir. Abunəçiyə cavab SMS-ində göndərilən promo kod rezervasiya zamanı www.rixos.com səhifəsində "PROMO CODE” bölməsinə daxil edilməlidir.

Təklif 2018-ci ilin 30 mart tarixindən 31 dekabr tarixinə qədər qüvvədə olacaq. Başqa endirimlər və ya xüsusi təkliflər qüvvədə olduqda və yaxud otellərin yerləşdiyi ölkələrin bəzi milli bayram günləri və özəl günlərdə bu kampaniyadan yararlanmaq mümkün olmaya bilər. Təklif barədə daha ətraflı məlumatı www.ulduzum.az internet səhifəsindən əldə etmək olar.

2.7 milyon nəfərdən çox abunəçisi və 230-dan artıq tərəfdaşı olan "Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin tərəfdaş etdiyi şirkətlərin müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

"Bakcell”in təqdim etdiyi "Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün "1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, "Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol