• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub

"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
16.04.2018 16:18
Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində "Seedstars Summit ” müsabiqəsində iştirak edib.
 
Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi "Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, "Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Bu il baş tutan müsabiqədə Asiyadan, Afrikadan, Avropadan 75-dən çox ölkə iştirak edib. Kiifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol