• $
  • €
  • ₽
  • ₺
  • £

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VIDEO

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VIDEO
26.04.2018 09:46
Yol polisləri avtomobillərin dövlət nömrə nişanlarına baxaraq şəhərə buraxırlar.

Anews.az "Xezerxeber.az”a istinadən məlumatına görə, 10, 90 və 99 rəqəmləri ilə başlamayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə maşınlarını yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyə edilərək geri qaytarılır.

Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində lentə alınıb. Sözügedən ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd növbəti "'Formula 1 Azərbaycan Qran Prisi”yarışı ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır. Eyni post cənub girişində "Lökbatan” dairəsi yaxınlığında da fəaliyyət göstərir.

Amma rayonlardan, o cümlədən Sumqayıtdan gələn sərnişindaşıma ilə məşğul olan avtobusların Beynəlxalq Avtovağzala qədər girişinə icazə verilir. Ancaq bu, o anlama gəlmir ki, rayon qeydiyyatlı avtomobillə gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslərə avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlamaq təklif edilir. Lakin bəzi sürücülər bu məhdudiyyətlərdən hələ də xəbərsizdirlər.

Yol polisi rayonlardan gələn şəxslərə ayın sonuna qədər avtobus və qatarlardan istifadə etməyi tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol