• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili Qoşunlar Formula 1-lə bağlı məlumat yaydı

Daxili Qoşunlar Formula 1-lə bağlı məlumat yaydı
01.05.2018 18:00
Aprelin 27-dən 29-dək ardıcıl olaraq üçüncü dəfə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məlumatında deyilir.

Məlumatda bildirilir ki, paytaxtımızda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları ilə birlikdə Daxili Qoşunların şəxsi heyəti də qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib:

"Yarış zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib.

Nəzarət-buraxılış məntəqələrində polis əməkdaşları ilə birlikdə buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

Xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən onların mənəvi-psixoloji və fərdikeyfiyyətlərinə xüsusi diqqətin yetirilməsi nəticəsində vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış zamanı xidmətin keyfiyyətli təşkili üçün bütün profilaktik tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili də xüsusi diqqət mərkəzində saxlanılıb.

Bir sözlə, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol