• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir

“Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir
05.05.2018 11:20

"Nar” Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən fiziki məhdudiyyətli tələbələr üçün təşkil edilmiş əmək yarmarkasında iştirak edir. Mobil operator 50-dək şirkətin iştirak etdiyi yarmarkada satışın analitikası üzrə mütəxəssis, kiçik və orta müəssisələr üzrə mütəxəssis və müştəri xidmətləri təmsilçisi vəzifələrinə sənəd qəbulu elan edir. Eyni zamanda, mobil operator tələbələrə satış və marketinq sahələri üzrə yay proqramı təklif edir. Mayın 5-də, "Park Inn” otelində keçirilən yarmarka saat 10:00-dan etibarən açıqdır. Yarmarkaya giriş sərbəstdir.

Fiziki məhdudiyyətli gənclərə xüsusi diqqətlə yanaşan "Nar” onların cəmiyyətə inteqrasiya edilməsi yönündə layihələr həyata keçirir. Bu mənada, "Nar”-ın Bakı, Zaqatala və Göygöl şəhərlərində həyata keçirdiyi "Fiziki məhdudiyyətli gənclər üçün təlim məktəbləri” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür layihələri həyata keçirməklə yanaşı, mobil operatorun özündə də fiziki məhdudiyyətli gənclər müxtəlif vəzifələrdə çalışır.

Qeyd edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol