• $
  • €
  • ₽
  • ₺
  • £

Fərdi uçot sistemində hesabı olanların sayı artıb

Fərdi uçot sistemində hesabı olanların sayı artıb
11.05.2018 22:19
Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq,

Sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 may 2018-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 154 779 nəfər artaraq 3 626 942 nəfərə çatıb.

Bununla yanaşı, sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərərk artırılması da təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə vətəndaşlara fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalları barədə məlumat əldə etmək, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət etmək imkanı verir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol