• $
  • €
  • ₽
  • ₺
  • £

Xəyal Məmmədxanlıya vəzifə verildi

Xəyal Məmmədxanlıya vəzifə verildi
24.05.2018 12:16
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Birlik nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü baş tutub.

Anews.az xəbər verir ki, ASA-dan FED.az-a verilən məlumata görə, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin digər əməkdaşları, həmçinin, Birliyə 2018-ci ildən etibarən üzv olan "Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlı, "Avand” Sığorta Brokerinin rəhbəri Orxan Həsənov, "AS Prof” Sığorta Agentliyi MMC-nin rəhbəri Cahid Qurbanov, "Efendi Legal and İP Consultancy” MMC-nin rəhbəri Elmar Hacıyev və baş mühasibi iştirak edib.

İclası açıq elan edən Mustafa Abbasbəyli sığorta vasitəçilərinin Birliyə üzvlüyünün yenilik olduğunu bildirdi və 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin Birliyə üzv olmasının gözlənildiyini vurğulayıb.

Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Birliyə üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. Mustafa Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib.

Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin "Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” Baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alındı.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının 07.05.2018-ci il tarixli görüşündə Birlik nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol