• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillər kəskin bahalaşdı - AÇIQLAMA

Avtomobillər kəskin bahalaşdı - AÇIQLAMA
24.05.2018 15:32
May ayında Bakının avtomobil bazarında orta qiymət 27106 manat təşkil edib. Aprel ayı ilə müqayisədə qiymətlər 19 faiz artıb.
 
Oxu.Az xəbər verir ki, bunu "MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ay ərzində ümumilikdə 1572 avtomobil satışa çıxarılıb:

"Aprel ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillər olub”. 

Ekspertin sözlərinə görə, bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib. 
Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizinə bərabər olub. Orta qiymət isə 32 409 manat təşkil edib:

"Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.

N.İbrahimov deyib ki, hesabat dövründə bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr olub. Bu göstərici ötən ayla müqayisədə 3,2 faiz azdır. Avtomobillərin orta yaşı isə 11,3 il təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol