• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sürücülük vəsiqələri veriləcək

Yeni sürücülük vəsiqələri veriləcək
31.05.2018 14:59
"Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən dəyişikliyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir:

"Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. Velosipedi və arabanı idarəetmə hüququ - 14 yaşdan;
2. Asma mühərrikli velosipedi, mopedi və "A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3. "A”, "B”, "C” kateqoriyasına, "B1” və "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4. "BE” kateqoriyasına və "C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq "B” və ya "C” kateqoriyasına (o cümlədən "C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə);
5. "CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə);
6. "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə "B”, "C” və ya "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə);
7. "D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə);
8. "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə)".

Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilməsi təklif olunur. Maddənin IV hissəsinə edilən əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarəetmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

- "B1” - bu qanunun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir;

- "C1” - "D” kateqoriyasına və "D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

- "D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

- "C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

- "D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib. Qanun layihəsi 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol