• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan əhaliyə şad xəbər: maaş artımı gözlənilir

Deputatdan əhaliyə şad xəbər: maaş artımı gözlənilir
02.06.2018 10:34
"Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdrırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Bu da öz növbəsində büdcə gəlirlərində ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir”,  bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.


Deputat bildirib ki, büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır:


"Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə? Bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılacaq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.


Ə.Məsimli deyib ki, əgər büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10-15 dollar qaldırıla bilər:


"Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə zamanı neftin qiyməti 25 dollar götürülsə də, neftin qiyməti proqnzlaşdırıldığından baha oldu. Qiyməti dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxıb neftin qiymətini büdcədə 55-60 dollar həcmində götürmək olar. Bu məqbul variantdır”.


Qeyd edək ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol