• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın adı dəyişdirilsinmi? – Müzakirə

Azərbaycanın adı dəyişdirilsinmi? – Müzakirə
14.06.2018 17:00
Azərbaycanın adının dəyişdirilməsi məsələsi ətrafında ciddi müzakirə aparmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa tanınmış jurnalist Azər Həsrətin ölkənin adının dəyişdirilərək "Quzey Azərbaycan” qoyulması barədə fikirlərinə münasibət bildirərkən deyib. O, vaxtilə bu məsələnin dəfələrlə gündəmə gətirildiyini söyləyib:

"Azərbaycanın adının dəyişdirilməsi ideyası lap əvvəldən səsləndirilib. Biz hələ tələbə olanda Güneyi fərqləndirmək üçün "Şimali Azərbaycan Azad Tələbə İttifaqı” yaratmışdıq. Bu, əslində taktiki addımlardan biri hesab oluna bilər. Amma indiki şərtlərdə bu mərhələyə gəlmək üçün daha da güclənməyimiz lazımdır. Başqa güclərin qarşısında duruş gətirəcək qədər qüvvətləndikdən sonra belə iddialar barədə düşünmək olar”.

Millət vəkili ad dəyişmək məsələsinin iki ölkə münasibətlərinə təsir göstərəcəyini də istisna etməyib:

"Dövlətimizin adının dəyişdirilməsi məsələsi Azərbaycanla İran münasibətlərinə müəyyən qədər təsir göstərə bilər. Amma əslinə qalsa, bu, Azərbaycanın daxili məsələsidir. Biz istənilən adı götürə bilərik, İranın buna qarışmağa ixtiyarı yoxdur. Onsuz da orada Qərbi Azərbaycan, Şərqi Azərbaycan ostanları var. Əgər İranın özündə belə adlar varsa, bizdə niyə də olmasın? Sadəcə, bu məsələyə dirəniş göstərən qüvvələrə cavab verəcək gücdə olmağımız nəzərə alınmalıdır. Ona görə də sözügedən məsələnin gündəmə gətirilməsi və tətbiqinə tələsməməliyik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə Azərbaycanın adının dəyişdirilməsi təklifini müsbət qiymətləndirib. O, hər hansı bir ölkənin adının dəyişdirilməsinin çətin bir proses olduğunu deyib:

"Bundan öncə Azərbaycanın adının dəyişdirilməsi, ölkəmizin Şimali Azərbaycan Respublikası adlandırılması təşəbbüsü ilə çıxış etmişik. 2013-cü ilin prezident seçkilərində bu, BAXCP-nin seçki platformasının əsas devizlərindən biri idi. Şübhəsiz ki, bu, tarixi reallıqları əks etdirən bir təşəbbüsdür.

Amma hazırda Azərbaycan Respublikası artıq BMT-yə, eləcə də bütün digər beynəlxalq təşkilatlara bu adla üzv olub. Adın dəyişdirilməsi həddən artıq mürəkkəb prosedurdur. Təbii ki, əgər İran dövlətinin ərazisində tarixi torpaqlarında yaşayan azərbaycanlılar öz iradələrini ortaya qoyub milli haqlarını tələb etsələr, o zaman bütün bu məsələlərə tarixin özü aydınlıq gətirəcək”.

Qeyd edək ki, "Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət Güney Azərbaycanın haqqının qorunması üçün Azərbaycan Respublikasının adının dəyişdirilərək, Quzey Azərbaycan Respublikası adlandırılmasını təklif edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol