• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənədsiz ev qalmayacaq - FOTO

Azərbaycanda sənədsiz ev qalmayacaq - FOTO
21.11.2014 12:00
Artıq torpaq və evi sənədləşdirmək prosesi daha da asanlaşır. Xüsusi ilə bölgələrdə daşınmaz əmlakların qeydiyyatı alınması məsələsi çox sadə üsulla həll ediləcək.Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Dövlət Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun qüvvəyə mindiyi tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilməsi üçün səyyar xidmətlərə başlayıb. Yəni sadə dillə desək, sənədləri qaydasında olmayan mülk sahibləri torpaq və evlərini asanlıqla sənədləşdirə biləcəklər.ASAN Xidmətin səyyar modelinə bənzəyən bu sistem vasitəsi ilə mülk sahibi yaşadığı ərazi üzrə xidmətdən yararlana biləcək. İlkin mərhələdə bu kampaniya Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə edəcəklər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Eyni zamanda, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Artıq iki rayonda aparılmış kampaniya çərçivəsində 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.Noyabr ayından start verilən kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək. Bu cür anoloji tədbirlər il ərzində qeydiyyat sayının rekord həddə çatmasına səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4% artıb. Komitə tərəfindən həyata keçirilən bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırmağa imkan verir. Bununla yanaşı, yeni xidmət daşınmaz əmlak bazarının inkişafına müsbət təsir edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol