• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 15 milyon manata yaxın mənfəət əldə edib

Unibank 15 milyon manata yaxın mənfəət əldə edib
10.07.2018 17:16

 
Unibank KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb.
 
2018-ci ilin ikinci rübü ərzində Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları,  rəqəmsal bankçılıq sahəsində də əhəmiyyətli dərəcədə artım davam etməkdədir.
İkinci rüb ərzində də aktiv kreditləşmə müşahidə olunub. 2018-ci ilin ikinci rübü ərzində ilin əvvəlinə nisbətən kiçik və orta biznes, mikro və nağd istehlak kreditləri üzrə artım qeydə alınıb.
Unibank ölkə əhalisinin ən çox güvəndiyi banklar siyahısında qalmaqda davam edir. İlin əvvəlindən bu yana banka qoyulan depozitlərin həcmi artıb. Hazırda bankın depozit portfeli 246 milyon manatı keçib.
 
Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, ikinci rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. Ötən ilin sonu ilə müqayisədə debet kartların sayı  11% artıb.
Unibank ikinci rüb ərzində kart bazarında bir ilkə imza atıb. Bank istənilən hava yollarında pulsuz aviabilet qazandıran UniMiles kart məhsulunu dövriyyəyə buraxıb. Bu tarixədək ölkə bazarında bütün hava yollarında pulsuz aviabilet qazanmaq imkanı verən kart məhsulu olmadığından, Unibank müştərilərinin məhz bu arzusunu reallaşdırıb.
Öz fəaliyyətində müştəri məmnuniyyətini əsas prioritetlərindən hesab edən bank, sərfəli və əlçatan bank məhsul və xidmətləri sayəsində nəzərəçarpan müştəri artımına nail olub. Bu ilin ilk yarısında bank müştərilərinin sayı artaraq bir milyona yaxınlaşıb.
Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, bu ilin 2-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox yüklənən mobil bank əlavəsi olan Unibank Mobile 2018-ci ilin ən yaxşı mobil əlavəsi kimi NETTY2018 Azərbaycanın Milli internet mükafatını alıb.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən Unibank, ikinci rüb ərzində də güllə atıcılığı üzrə milli paralimpiya komandası ilə birgə maraqlı layihələr həyata keçirib.
 

 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol