• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri

Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri
17.07.2018 10:26
"Barama Junior 2018 / Summer IT school for kids” layihəsinə start verildi

Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən "Azercell Telekom” MMC daha bir təşəbbüslə çıxış edir. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi üçün "Barama Junior 2018 / Summer IT school for kids” layihəsini təqdim edir. Artıq üçüncü ildir reallaşan "Coding Kids – Summer Course” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə daha faydalı imkanlarını izah edəcək. 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulan layihə çərçivəsində Python, Raspberry Pi və HTML proqramları tədris ediləcək. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər Coding Club Kids şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və Coding Club Kids şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək dərslər ödənişsizdir və həftədə 3 dəfə tədris ediləcək. Dərslərə 30 iyul tarixindən start veriləcək və 4 həftə boyunca davam edəcək. Layihədə iştirak etmək üçün 20 iyul 2018-ci il tarixinə qədər Bit.ly/Barama linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bu layihə çərçivəsində uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqları əldə etmək imkanını qaçırmayın.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol