• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Türkiyədə zavod inşa edəcək

SOCAR Türkiyədə zavod inşa edəcək
06.08.2018 20:19
STAR zavodu da daxil olmaqla, SOCAR Türkiyəyə 19 milyard dollar dəyərində investisiya yatırıb.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - "SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

O qeyd edib ki, neft-kimya sənayesinin xammal ehtiyaclarını qarşılayacaq bu zavod təyyarə yanacağı, LPG və motorin istehsal edəcək:

"Cari kəsirin azalmasına kömək edən neft gəmisi artıq ünvana çatıb. Oktyabr ayının sonunda tam şəkildə istehsala başlanacaq. Zavodun açılışı iki ölkənin dövlət başçılarının iştirakilə baş tutacaq”.

Onun sözlərinə görə, STAR-ın fəaliyyətə başlaması nəticəsində Türkiyənin xarici ticarət kəsiri illik əsasda 1 mlrd. 500 mln. dollar azalacaq. 

Məlum olub ki, zavodda 1 milyon ton reformat adı verilən neft-kimya xam maddəsi istehsal ediləcək:

"Bunun 250 min tonu "Petkim”ə gedəcək. "Petkim”in gücü 1 milyon tonu emal etmək üçün kifayət etmir. Qalan 750 min tonu istifadə edərək iqtisadiyyata əlavə töhfə vermək üçün yeni bir neft-kimya kompleksi planlaşdırırıq.

İkinci neft-kimya zavodu üçün texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprelində başa çatdırıb, iyunda işlərə başlamağı nəzərdə tuturuq. Bu, çox böyük bir investisiya olacaq. "Petkim”in "Aliağa” kampusunda inşa edəcəyimiz müəssisə 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlayacaq. Yeni zavod sayəsində neft-kimya məhsullarının idxalının 40 faizini qarşılamağı nəzərdə tuturuq”.

Türkiyənin ilk neft-kimya zavodu olan "Petkim”in illik 3 mln. 600 min ton neft-kimya məhsulu istehsal etdiyini dilə gətirən Qəhrəmanov deyib ki, ikinci zavod ölkənin böyük ehtiyacı olduğu  neft-kimya məhsullarının istehsalına istiqamətlənəcək. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol