• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük yığımlarının məbləğləri artırıldı

Gömrük yığımlarının məbləğləri artırıldı
07.08.2018 12:50
Azərbaycan Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

"Qafqazinfo" "Xalq” qəzetinə istinadən xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq imzalayıb. "Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilir:

Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (əvvəl 10 manat), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (əvvəl 50 manat), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat.

Gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat ( Hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır).

Gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.

Qərara əsasən, yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manatdan 30 manata, digər avtonəqliyyat vasitələri üçün 15 manatdan 25 manata qaldırılır. 

Qərar dərc edildiyi gündən ( 6 avqust) 30 gün sonra qüvvəyə minir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol