• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni qərar ölkədə qiymət artımına səbəb olacaq? — RƏSMİ AÇIQLAMA

Yeni qərar ölkədə qiymət artımına səbəb olacaq? — RƏSMİ AÇIQLAMA
08.08.2018 09:58
Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli qərarının ölkədə qiymət artımına səbəb olacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan fikirlərlə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda qeyd edilib ki, avqustun 7-də bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli 344 nömrəli qərarı şərh edilərək, bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə fikirlər səsləndirilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir.

Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur. Onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir.

Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək.

Belə ki, bu qaydalara əsasən gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınıb. Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir. Eyni zamanda, 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb.

Xatırladaq ki, 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub. Belə olan halda bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol