• $
  • €
  • ₽
  • ₺
  • £

“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular

“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular
13.08.2018 10:05
Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank, "Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib. Proqram çərçivəsində 8-11-ci sinif şagirdləri biliklərini möhkəmləndirməklə yanaşı, həm də gələcək peşələri və əmək bazarında olan iri bankla tanış olublar.

Görüş zamanı Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova şagirdləri salamlayaraq, onlara proqramı uğurla bitirməyi arzulayıb. Təlim və İnkişaf şöbəsinin hazırladığı təlim proqramı zamanı, şagirdlərə Azərbaycanın bank sistemi, bankların iqtisadiyyatda rolu, bankda aparılan əməliyyatlar, ön ofis və arxa ofis haqqında məlumatlar verilib və onların sualları cavablandırılıb.

Layihə çərçivəsində həmçinin iş sahəsi ilə vizual tanışlıq məqsədilə bankın filialına info-tur təşkil edilib və şagirdlər filial şəbəkəsinin fəaliyyət sahələri üzrə məlumatlar verilib.

Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol