• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı yol bu səbəbdən çökübmüş - VIDEO+FOTOLAR

Sumqayıtdakı yol bu səbəbdən çökübmüş - VIDEO+FOTOLAR
24.08.2018 16:27
Bir neçə gün öncə Sumqayıt şəhərində yolun çökməsi və bayram günləri ilə bağlı olaraq hələ də təmir edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Bu gün "Qafqazinfo”nun əməkdaşları hadisənin baş verdiyi 20-ci məhəllə, Kamran Hüseynov küçəsində olublar. Hazırda ərazidə "Azərsu” ASC-nin əməkdaşları iş aparır. Yol təxminən 5 metr məsafə aralığında 2 yerdən çöküb. 

Sumqayıt şəhər Sukanal İdarəsinin baş texnoloqu Teyyub İsmayılov saytımıza açıqlamasında bildirib ki, hadisə avqustun 21-də axşam saat 21:30 radələrində baş verib:

"600 mm-lik kanalizasiya xəttinin bu hissəsində sızma nəticəsində qəza olub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Sumqayıt şəhəri ötən əsrin 50-ci illərində salınıb. Bu xətt də həmin vaxt çəkilib. İstismar müddətinə keçdiyi üçün suyun sızması təbiidir. Yolun alt hissəsi qum olduğu üçün sızma nəticəsində çöküntü olub. Biz indi alternativ variant kimi əvvəlcə su pompalarından istifadə edərək borulara gələn axıntının qarşısını alırıq. Daha sonra su nasoslarıyla kanalizasiya xəttindən gələn tullantılar digər quyudan xəttə ötürülür. Yəni çökmə olan hissədə bir növ körpü yaradılıb”.

T.İsmayılov bundan sonra görüləcək işlərdən də danışıb: "Hazırda Sumqayıt şəhərinin 80 faizi su ilə təmin edilib, yaxın ətrafda bəzi yerlərdə suyun verilməsi dayandırılıb. Bir neçə saata bu problem də aradan qaldırılacaq və bütün əhali içməli su ilə təmin olunacaq. Kamran Hüseynov küçəsinin çökmə baş verən ərazisində yolun 40 metrlik  hissəsi qazılaraq yeni boru xətti ilə əvəzlənəcək. Ondan sonra yol da nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Təxminən sabah, yəni avqustun 25-də biz kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işləri tamamlayacağıq”.

Qeyd edək ki, kanalizasiya xəttinin partlaması nəticəsində yaşayış sahəsini kəskin üfunət iyi bürüyüb.
 

 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol