İcra Hakimiyyətindən YENİ QADAĞA

Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq.
Anews.az-ın Sputnik Azərbaycana istinadla verdiyi məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib.
Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı tapşırıq verilib.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, icra hakimiyyətinin bu tələbləri hələlik yalnız tövsiyə xarakteri daşıyır. Peyk antenadan istifadədən imtina etmək üçün yalnız məhkəmə qərarı olmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























