• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı meriyasının maşını 600 manata satılır

Bakı meriyasının maşını 600 manata satılır
05.09.2018 14:31
Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb. 

Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb. 

Hərracda ən ucuz avtomobil  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsusdur. Buraxılış ili 1994-cü ilə aid QAZ-31029 markalı avronəqliyyat vasitəsidir. Avtomobilin dəyəri 600 manat təşkil edir. 

Mərkəzi Bankın balansındakı "Hyundai Sonata” avtomobilinin hərracdakı satış qiyməti  2350 manat, "Mercedes Benz  Sprinter 314” markalı avtomobil 7500 manatdır. 

Nazirlər Kabineti Aparatının da iki avtomobili hərracda satılacaq. "BMW 730” markalı avtomobillərin qiyməti  11250 – 10500 manat təşkil edir. 

Qeyd edək ki, hərrac oktyabrın 2-də baş tutacaq.

Bu arada  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansındakı nəqliyyat vasitəsi  4-cü dəfə 25% endirimlə, Mərkəzi Bankın, eləcə də  Nazirlər Kabineti Aparatının balansında olan  nəqliyyat vasitələri isə  5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol