• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?"

"Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?"
25.09.2018 14:15
"Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur".

Bunu ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib. Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir.

"Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?".

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib.

"Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər indi olmasa, bununla bağlı sonra açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük".

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktları qüvvəyə mindikdən sonra başlanacaq:

"Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna "Valyuta tənzimi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında Prezident Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktlar qüvvəyə mindikdən sonra başlanacaq.

"Valyuta tənzimi haqqında" Qanunla müəyyən edilmiş qaydada rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyətinə lisenziya ala bilərlər".

Palata "Valyutadəyişmə məntəqəsi açmaq üçün müraciət edənlər varmı" sualını belə cavablandırıb:

"Valyuta mübadiləsi məntəqələrin açılması üçün sənədlərin qəbulu valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktların qüvvəyə minməsindən sonra başlanacaq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol